Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lotu Quli''nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

''Lotu Quli''nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

Tarix: 19 Yanvar 2021 18:40

İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.


Etiketlər:  Lotu Qulinin məzarı üstündə atışma olub nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ