Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İdarəetmədə yeni bir dönəm başlayır''

''İdarəetmədə yeni bir dönəm başlayır''

Tarix: 21 Yanvar 2021 15:27

"Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən bütün dövrlərdə Azərbaycan idarəetmə sistemində həm struktur olaraq, həm siyasi idarəetmədə islahatlar həmişə davamlı olub".

Bunu Sonxeber.net-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini bildirib ki, Prezidentin son açıqlamalarından anlaşıldı ki, kadr islahatları daha da dərinləşdiriləcək:

"İlham Əliyev Azərbaycan tarixində islahatçı dövlət başçısı kimi yaddaşlarda qalır. Xüsusilə də biz 2018-ci ildən - cənab Prezidentin sonuncu dəfə dövlət başçısı seçilməsindən bu yana bu islahatların daha da dərinləşdiyinin şahidi olduq. Yəni, həm struktur islahatları, həm kadr islahatlar və eyni zamanda ölkədə siyasi yanaşmanın, siyasi münasibətlərin daha da inkişaf etdirildiyinin şahidi olduq. Bu günlərdə də cənab Prezidentin Sumqayıt səfəri zamanı açıqlamasında anlaşılan bu oldu ki, kadr islahatları daha da dərinləşdiriləcək, dövlətdə olan həm idarəetmə yanaşması, həm struktur islahatları, həm kadrların yenilənməsi həyata keçiriləcək. Cənab Prezident bir neçə gün öncə orada kadrlarla bağlı demişdi ki, o, işğaldan azad olunmuş torpaqlarımızda yeni idarəetmə forması düşünür və biz artıq bunun anonslarını almışıq. Orada Prezidentin səlahiyyətli nümayəndələri təyin olunacaq. Həmin ərazilərin inkişaf etdirilməsində birbaşa Prezidentə tabe olan və onun təyin etdiyi səlahiyyətli nümayəndələr bu işlərə rəhbərlik edəcək. Yəni, bunun özünü də idarəetmədə yeni bir dönəm kimi qiymətləndirə bilərik. 

44 günlük müharibə zamanı da biz çox şeylərə şahid olduq - həm zəif olan yerlərimizi, həm bəzi kadrların özünü doğrultmadığını. Bu, istər nazirlik sistemində, istər siyasi sistemdə özünü göstərdi. Düşünürəm ki, bundan sonra struktur və kadr dəyişiklikləri olanda da milli kadrlara, sırf Azərbaycan dövlətinin çıxarlarına çalışacaq kadrlara üstünlük veriləcək. Bu məsələdə də hər kəs 44 günlük müharibədə olduğu kimi necə Ali Baş Komandanımızın arxasında idi, bizlər də ictimiyyətin nümayəndələri olaraq bu proseslərdə də dövlət başçımızı dəstəkləməyə hazırıq və bundan sonra da bütün gücümüzlə bu proseslərə dəstək verəcəyik".

A.Abdulkərimov deyib ki, Ermənistanın kapitulyasiyasından sonra həm daxildə, həm xaricdə elə qüvvələr var ki, zəfərimizə kölgə salmağa çalışırlar:

"Hər zaman olduğu kimi cənab Prezident bu dəfə Sumqayıtdakı nitqində məmurların özbaşınalıqlarına da diqqət çəkib. Son dönəmlərdə bir neçə yüksək vəzifəli məmur rüşvət və korrupsiya hallarına yol verdiklərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Yəni, bu məsələdə dövlət başçısının mövqeyi birmənalıdır. Kim ki, korrupsionerdir, kim ki, rüşvətxordur birmənalı şəkildə öz cəzasını çəkəcəkdir. Amma bununla yanaşı dövlət başçısı bu məsələdə həmişə ictimia şəxslərin, ictimiyyətin də dəstəyini istəyir və ictimiyyət nümayəndələrinin də bu məsələdə təftişçi olmasını, dövlətimizin yanında olmasını həmişə diqqətə çatdırır. O baxımdan da biz diqqətli olmalıyıq. Çünki müharibədən sonra qalib bir xalq olaraq bizim haqqımız yoxdur ki, bu rüşvətxor məmurlarla barışaq. Ermənistanın kapitulyasiyasından sonra belə elə qüvvələr var ki, zəfərimizə, qələbəmizə kölgə salmağa çalışırlar. Bu həm daxildə var, həm xaricdə. Daxildə buna radikal müxalifətin təmsiçiləri kölgə salmağa çalışırlar və eyni zamanda bu rüşvətxor məmurlar bizim bu zəfərimizə öz əməlləri ilə kölgə salırlar. Çünki qalib Ali Baş Komandanın təyin etdiyi kadrlar heç vaxt rüşvət və korrupsiya hallarına yol verməməlidirlər və dövlətimizin Qarabağda çaldığı zəfərə kölgə salmamalıdırlar". 

Təhməz Əsədov


Etiketlər:  İdarəetmədə yeni dönəm başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ