Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 20:40
Bakı. Trend:
Braziliyanın Porto-Nasiunal şəhəri (Tokantis ştatı) yaxınlığında təyyarə qəzasında 6 nəfər öldü.
Trend-in məlumatına görə, bu barədə Globo nəşri bildirib.
Bildirilib ki, təyyarədə pilotdan əlavə dörd futbolçu və Braziliyanın dördüncü divizionunun "Palmas" klubunun prezidenti olub.
Təyyarə havaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.
Yanvarın 25-də komanda "Vila-Nova" klubu ilə səfərdə qarşılaşmalı idi.