Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yağışdan sonra Bakıda yaranan əsas təhlükə - VİDEO

Yağışdan sonra Bakıda yaranan əsas təhlükə - VİDEO

Tarix: 25 Yanvar 2021 13:00

Paytaxtın əksər küçə və prospektlərində yağış-kanalizasiya xətlərinin ağzı açıq qalıb, yağış barmaqlıqları yoxdur. Bu mənzərə isə həm sürücüləri, həm də piyadaları narahat edir. Çünki hər an nəqliyyat vasitələri və sakinlər kanalizasiya quyusuna düşə bilər.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu mənzərə həm sürücü, həm də piyadalar üçün təhlükə deməkdir.

Paytaxtın Nobel prospektində, yol boyunca yerləşən yağış-kanalizasiya xətlərinin, demək olar ki, əksəriyyətinin ağzı açıqdır. Yağış barmaqlıqlarının olmamasından şikayətçi olan sürücülər bu cür hallarda qəza vəziyyətinin qaçılmaz olduğunu deyirlər. Onların sözlərinə görə, eyni mənzərə paytaxtın bir çox küçə və prospektlərində də yaşanır.

Təkcə sürücülər yox, elə piyadalar da narazıdır bu mənzərədən. Əsas da azyaşlı övladı olan valideynlər. Deyirlər ki, yolun hər iki tərəfi yaşayış sahəsidir. Hələ ərazidə məktəb də var. Ani nəzarətsizlik uşaqların həyatı bahasına başa gələ bilər.

Məsələ ilə bağlı, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, Ziya Bünyadov, Nobel və Babək prospektlərində bu mənzərəyə daha tez-tez rast gəlinir ki, səbəb də yağış barmaqlıqlarının oğurlanmasıdır. Anar Nəcəflinin sözlərinə görə, artıq Nobel prospektinə baxış keçirilib və yaxın günlərdə məsələ öz həllini tapacaq.

Qeyd edək ki, bəzi şəxslər asan pul qazanmaq üçün yağış barmaqlıqlarını oğurlayaraq, dəmir qəbulu məntəqələrinə dəyər-dəyməzinə satırlar.


Etiketlər:  Yağışdan sonra Bakıda yaranan əsas təhlükə VİDEO


RƏYLƏR