Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dağıntılar altında qalanların olduğu ehtimalı var'' - FHN

''Dağıntılar altında qalanların olduğu ehtimalı var'' - FHN

Tarix: 26 Yanvar 2021 12:10

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var.

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş verən ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov APA-ya açıqlamasında bildirib ki, hadisə yerinə 228 nəfər xüsusi tipli xilasetmə xidmətinin şəxsi heyəti, 19 texnika, 4 xüsusi təlim görmüş it cəlb olunub: "Dövlət Yanğından Mühafizə Xidmətinin isə 20 nəfər şəxsi heyəti dağıntı baş ərazidə xidmətini davam etdirir".

Sektor müdiri qeyd edib ki, dağıntılar altında qalanların olduğu ehtimal olunduğundan axtarışlar davam etdiriləcək.


Etiketlər:  Dağıntılar altında qalanların olduğu ehtimalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ