Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq

SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq

Tarix: 26 Yanvar 2021 13:40

Bakı. Trend:

Yanvarın 25-də SOCAR TOWER-də Quba rayonunun Təngəaltı kənd sakini, 1985-ci il təvəllüdlü Mövlanov Ehtiram Adil oğlu və onun qohumu, Bakı şəhəri Pirallahı qəsəbə sakini,1981-ci il təvəllüdlü Qasımova Kəmalə Fazil qızı ilə onların müraciəti əsasında görüş keçirilmişdir. Onlar görüş zamanı bildirmişlər ki, son bir il ərzində SOCAR-ın adından istifadə edən bir qrup şəxs tərəfindən müxtəlif yollarla (“pandemiya ilə bağlı evdə qalın- SOCAR bunun əvəzində sizə pul ödəyəcək” və ya “SOCAR istismarda olmuş avtomobilləri hərraca çıxarır, iştirak haqqı ödəmək lazımdır” və s. kimi bəhanələrlə) aldadılaraq külli miqdarda maliyyə vəsaitləri mənimsənilmişdir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bir qrup dələduz SOCAR-ın nüfuzundan istifadə edərək hətta vətəndaşların etibarını qazanmaq və sonradan sui-stifadə etmək məqsədilə internetdə www.socar-ltd.com adlı sayt açaraq şirkətin adından müxtəlif elanlar, məqalələr, xəbərlər yerləşdirmiş, vətəndaşlarla əlaqə zamanı bu sayta istinad ediblər. Aparılan araşdırma zamanı internetdə axtarış verərkən belə bir saytın mövcud olduğu müəyyən edilib.

Görüş zamanı vətəndaşlara qeyd olunan dələduz qrupun və saytın SOCAR-a heç bir aidiyyatının olmadığı bildirilib, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur.

Bir daha ölkə vətəndaşlarına müraciət edərək bildiririk ki, SOCAR tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan pul vəsaiti tələb olunmur. Son dövrdə bir neçə dəfə SOCAR adından vətəndaşların dələduzlar tərəfindən aldadılması hallarına rast gəlinib. Bu kimi hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunur.


Etiketlər:  SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir Dələduzlar barədə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ