Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il qanunsuz balıq ovu ilə bağlı 102 cinayət işi başlanıb

Ötən il qanunsuz balıq ovu ilə bağlı 102 cinayət işi başlanıb

Tarix: 29 Yanvar 2021 16:56

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, 2020-ci il ərzində bu istiqamətdə görülmüş tədbirlər nəticəsində qanunsuz ağac kəsməyə görə 74, balıq və başqa su heyvanlarını tutmağa görə 102, qanunsuz ovla bağlı 4 fakt üzrə cinayət işi başlanılıb.

Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 1000 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələr 64 min 75 manat təşkil edib.


Etiketlər:  Ötən qanunsuz balıq ilə bağlı cinayət işi başlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ