Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək

Tarix: 26 Aprel 2019 12:08

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək.

Trend-in məlumatına görə, bu məsələ yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyən edir, aqrar sığorta sisteminin tətbiqinə nəzarət edir, eləcə də sistemin inkişafı üçün tədbirlər görəcək.

Aqrar sığortanın predmetləri kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları daxildir.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması, üçüncü şəxslərin hərəkətləri üzrə sığortalanırlar.

Aqrar sığorta haqqı aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarət olacaq.

Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ