Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 03:08
Bakı. Trend:
Niderland hökuməti ölkədə komendant saatının 3 mart səhərinə qədər uzadılmasına qərar verdi.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ədliyyə və Təhlükəsizlik naziri vəzifəsini icra edən Ferdinand Qrapperxaus bildirib.
O qeyd edib ki, koronavirusla bağlı vəziyyət ətrafında bir çox qeyri-müəyyən halların olduğu üçün bu qərar verilib:
"Hər gün aşkarlanan yoluxma hallarının sayının azalmasına baxmayaraq, ölkədə daha yoluxucu "Böyük Britaniya" ştammının yayılmasını nəzərə alaraq hadisələrin necə inkişaf edəcəyi hələki bilinmir.