Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının zibilə düşən küçəsi - ''Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik'' - FOTO

Bakının zibilə düşən küçəsi - ''Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik'' - FOTO

Tarix: 9 Fevral 2021 13:18

Bakının Xəzər rayonunda Binə atçılıq massivi, Qasım bəy Zakir kücəsi ərazisində sakinlər zibillərini atmağa yeşik tapmırlar. Bu səbəbdən də açıq ərazini zibillik kimi istifadə edilər. Bəzən məişət tullantıları yol boyu səni müşayiət edir. Qutuların olmadığı səbəbindən çox vaxt zibil hara gəldi tullanır. 

Sonxeber.net-a müraciət edən Qasım bəy Zakir kücəsinin sakini Tinayev Natiq Şamil oğlu deyir ki, vəziyyətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətini məlumatlandırıblar: "Oradan bildirdilər ki, zibil qutuları yoxdur". 

Qısası, sakinlər zibilləri ilə birlikdə yaşamağa məhkum edidiklərini deyirlər. Ş.Tinayev bildirir ki, dəfələrlə Bakıya yeni zibil yeşiklərinin gətirilməsi ilə bağlı xəbərlər verilib. Lakin Xəzər Rayon İcra Hakimiyyəti eyni sözü təkrarlayır, deyir ki, yoxdur. O, küçənin yollarından da gileylənir. Bildirir ki, bir az yağış yağan kimi yollar keçilməz olur və bununla bağlı şikayətləri də, hələ ki, nəticəsizdir.


Etiketlər:  Bakının zibilə düşən küçəsi Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ