Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 18:40
UEFA-nın qərarına əsasən, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) matçı Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. Oyun fevralın 23-də Milli stadionda keçiriləcək.
Qeyd edək ki, görüşün neytral meydana salınmasına koronavirus pandemiyasına görə İspaniya ilə Böyük Britaniya arasında səfərlərin məhdudlaşdırılması səbəb olub. Komandalar arasında təkrar qarşılaşma isə martın 17-də olacaq.
Xatırladaq ki, UEFA daha əvvəl ÇL-in 1/8 final mərhələsinin "RB Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə) görüşünün Macarıstanın Budepaşt şəhərində keçirilməsi barədə qərar verib.