Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 08:12
Nyu-Yorkun şəhər şurasının onlayn iclası zamanı ekranda porno görüntülər peyda olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə məmurların Zoom konfransının gedişində baş verib.
Şəhər şurasının nümayəndələri səhiyyə işçilərinin irqi və gender ayrıseçkiliyindən müdafiəsi mövzusunu müzakirə etdikləri zaman ekranın bir küncündə porno çarxlar görünməyə başlayıb. Müzakirələrin 20-ci dəqiqəsinə təsadüf edən bu hal iclas iştirakçılarının qəzəbinə səbəb olub.
İki dəqiqə ərzində porno görüntülərin ekrandan yığışdırılmasının mümkün olmadığını görən tədbir iştirakçıları konfransı tərk ediblər. Beş dəqiqə sonra isə iclas yenidən bərpa olunub.
Hadisədə hakerlərin əli olduğu bildirilir.