Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 19:24
Türkiyənin Hatay bölgəsinin Reyhanlı mahalında mavi bülletenlə axtarılan İŞİD terrorçusu da daxil olmaqla 3 Yeni Zelandiya vətəndaşı tutulub.
Sonxeber.net azvision.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Suriyadan ölkəmizə qanunsuz yolla girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı Hatayın Reyhanlı mahalında sərhəd personalı tərəfindən tutuldu. 26 yaşlı S.A. adlı qadının mavi bülletenlə axtarışa verilən İŞİD terrorçusu olduğu müəyyən edilib", - açıqlamada deyilir.