Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 10:50
Rusiyanın Perm şəhərinin Orda kəndində fərdi yaşayış evində yanğın baş verib.
APA "qazeta.ru"ya istinadən xəbər verir ki, hadisə nəticəsində evdə nəzarətsiz qalan 2011 və 2017-ci il təvəllüdlü iki uşaq yanaraq ölüb.
Azyaşlıların cəsədlərində zorakılıq əlaməti tapılmayıb.
Federal İstintaq Komitəsi tərəfindən "Səhlənkarlıq nəticəsində iki nəfərin ölümə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.