Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 09:33
Hamburq Universitetinin alimlər qrupu qan dövranı sisteminin fəaliyyətində pozuntuları dərhal kontaktsız aşkarlamağa və yaxınlaşan infarkt və ya insult haqqında vaxtında xəbərdar etməyə imkan verən portativ radar hazırlayıb. Bu barədə “Deutsche Welle” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, kiçik portativ qurğu mürəkkəb sensor sistemidir. İnsanın sağlamlıq vəziyyətinin kontaktsız monitorinqi zamanı kiçik sensorlar tərəfindən süni intellekt sayəsində orqanizmin həyati əhəmiyyətli funksiyalarının göstəriciləri qeydə alınır. Sensorlar infarkt və ya insult təhlükəsi qeydə aldıqda həyəcan siqnalı verilir. Bu xəbərdarlığı alan istifadəçi tutmanı gözləmədən dərhal təcili tibbi yardıma zəng edə bilər.
Tərtibatçıların sözlərinə görə, radardan istifadə zamanı hərəkətsiz halda uzanmağa ehtiyac yoxdur. Belə ki, istifadəçi hərəkət edə və bədənin vəziyyətini dəyişə bilər – bu, müayinə üçün maneə yaratmayacaq.
Qurğu təkcə xəstəxanalarda deyil, qocalar evində və ya evdə istifadə oluna bilər. Alimlər cihazı yanğınsöndürmə siqnalizasiya sensorları kimi tavana quraşdıraraq eyni anda bir deyil, bir neçə insanın sağlamlıq vəziyyətinin monitorinqini aparmaq niyyətindədirlər.
Nizam Nuriyev