Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Əsədov Gürcüstanın yeni baş nazirini təbrik edib

Əli Əsədov Gürcüstanın yeni baş nazirini təbrik edib

Tarix: 24 Fevral 2021 12:03

Baş nazir Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

Milli.Az


Etiketlər:  Əli Əsədov Gürcüstanın yeni baş nazirini təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ