Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 19:26
Yerevanda Baş nazir Nikol Paşinyanın tərəfdarlarının yürüşü başa çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan hökumətin bugünkü missiyasının başa çatdığını bəyan edib:
"Biz bu dəqiqədən etibarən aksiyanı dayandırırıq və müxalifətdən olan həmkarlarımızı da buna çağırırıq, onları bizimlə birlikdə danışıqlar masasına oturmağa dəvət edirik".
Paşinyan bildirib ki, bu gün Respblika meydanındakı mitinqdən sonra ona xalqın mövqeyi də aydın oldu:
"Biz xalqın mövqeyini öyrənmiş olduq. Onlar bu gün Respublika meydanında bizimlə birlikdə olan minlərlə insandır. Mən hamıya bir şeyi söz verirəm - daha "məxmər" olmayacaq".
Paşinyan hökumət binasına gedəcəyini və orada müşavirə keçirəcəyini bildirib.