Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 23:36
Çay, insanın çəkisini artıran şirin içkilərlə müqayisədə kalorisi olmayan yüksək keyfiyyətli içkidir. Sağlamlığa xeyri olan çay içərkən biz təkcə arıqlamırıq, həm də bir sıra üstünlüklər, o cümlədən, soyuqdəymədən və ya zökəmdən sonra bərpa olunmaq üçün üstünlüklər əldə edirik. Limon, arıqlamaq istəyənlər üçün faydalı olan S vitamini, sellüloz və bitki birləşmələri ilə zəngindir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bəzi tədqiqatlardan alınan nəticələrə görə, limonlarda həll olunan sellüloz toxluq hissini uzadır.
Orqanizmdəki toksinləri təmizləyən bu gözəl içkinin düzgün qəbulu bədənin normal fəaliyyəti üçün zəruridir. Çay qidanı enerjiyə çevirir və metabolizm prosesini yaxşılaşdırır. Metabolizmin sürəti aktivliyi saxlamaq üçün bədənin hansı tempdə kalori yandırdığını müəyyənləşdirir. Tədqiqatlar göstərir ki, limon şirəsinin istifadəsi ümumi kalorililiyi məhdudlaşdırmaqla birlikdə piy çöküntülərini azaldır və menopauza ərəfəsində qadınlarda insulinorezistentliyi artırır.
Adi limonlu çay hazırlamaq üsulu çox sadədir. Qaynadılan suya bir xörək qaşığı adi çay əlavə olunur və bir dəqiqəlik qaynamağa qoyulur. Daha sonra isə, limon şirəsi və şəkər əlavə olunur. İçkini yaxşıca süzgəcdən keçirmək, sonra da dadına görə isti və ya soyuq içmək tövsiyə olunur. Daha effektiv nəticələr əldə etmək üçün gündə bir-iki fincan şəkərsiz limonlu çay içmək olar.