Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 09:48
İran Avropa Birliyinin təklif etdiyi nüvə sazişi ilə bağlı ABŞ-ın da iştirakı ilə mövcud şərtlərlə görüş keçirilməsini zəruri hesab etmir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.
"ABŞ-ın və "Avropa üçlüyü"nun (Fransa, Almaniya və Böyük Britaniya) son addımlarını nəzərə alaraq, İran nüvə sazişinin avropalı iştirakçıları tərəfindən təklif olunan qeyri-rəsmi görüşün keçirilməsini hazırda vacib hesab etmir", - İran XİN tərəfindən yayılan açıqlamada qeyd olunub.
Diplomat əlavə edib ki, "bu günə qədər Vaşinqtonun yanaşmasında heç bir dəyişiklik olmayıb": "Co Bayden hökuməti uğursuz maksimal təzyiq siyasətindən nəinki imtina etmədi, hətta BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (nüvə razılaşmasına dair qətnamə) yerinə yetirilməsinə dair öz öhdəliklərinə sadiq qaldıqlarını belə bəyan etmədi", - S.Xətibzadə belə deyib.
Onun sözlərinə görə, "nüvə sazişi çərçivəsində bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi danışıqlar və ya güzəşt məsələsi deyil": "Bütün güzəştlər beş il əvvəl verildi (söhbət nüvə anlaşmasının bağlandığı tarixdən gedir)".