Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Respublika Klinik Xəstəxanasından bu FOTO ilə bağlı açıqlama

Respublika Klinik Xəstəxanasından bu FOTO ilə bağlı açıqlama

Tarix: 2 Mart 2021 11:16

Sosial şəbəkələrdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinka şöbəsində karantin qaydalarının kobud şəkildə pozulmasını əks etdirən foto yayılıb.

Fotodan da görünür ki, xəstəxanaya müraciət edən şəxslər növbə gözləmir, dəhlizdə xəstələr arasında minimum məsafə var.

İddia olunur ki, rayonlarda əlilliklə bağlı pensiya alan şəxsləri təkrar müayinə üçün bu xəstəxanaya göndərirlər. Vətəndaşların da əksəriyyəti yaxınları ilə gəldiyindən belə acınacaqlı mənzərə yaranır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib.

Milli.Az


Etiketlər:  Respublika Klinik Xəstəxanasından bu FOTO ilə bağlı açıqlama


RƏYLƏR