Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli general: Ermənistan üçtərəfli bəyanatı pozur

Türkiyəli general: Ermənistan üçtərəfli bəyanatı pozur

Tarix: 4 Mart 2021 09:03

Ermənistan 10 noyabr bəyanatını pozur və öz hərəkətləri ilə bunu açıq-aşkar nümayiş etdirir.

Sonxeber.net hokm.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Kahraman Güneş açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Qarabağ sakinləri öz dədə-baba yurdlarına qayıtmalı və bundan sonrakı həyatlarını təhlükəsiz şəkildə orada yaşamalıdırlar. Ancaq Ermənistanın, demək olar ki, hər yerə basdırdığı minalar bu işi çox ləngidir və çətinləşdirir.

Türkiyəli general-mayor deyir ki, Ermənistan hazırda  təkcə 10 noyabr sazişini yox, həm də BMT-nin minaların qadağan olunması ilə bağlı müqaviləsini pozur.

Kahraman Güneş hesab edir ki, Azərbaycan sözügedən ərazilərin minalardan təmizlənməsi prosesinə bu sahə üzrə daha peşəkar və böyük təcrübəyə malik beynəlxalq şirkətləri cəlb etməlidir.

Kahraman Güneş həmçinin bildirib ki, Ermənistanı təzyiq altında saxlamaq üçün  xarici mediada mütəmadi olaraq müxtəlif verilişlər və sənədli filmlər nümayiş olunmalıdır.


Etiketlər:  Türkiyəli general Ermənistan üçtərəfli bəyanatı pozur


RƏYLƏR