Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 08:24
Çözaltı torbalar estetik baxımdan insanların bir çoxunu narahat edir. Ən çox da qadınlar gözlərinin alt hissəsində şişkinliklərin olmasını xoşlamırlar. Bəs bundan ev şəraitində asanlıqla xilas olmanın yolları hansılardır?
Buz gözaltı şişkinliklərdən xilas olmaq üçün ən yaxşı vasitələrdən biridir. Bunun üçün buz kubikini gözünüzün alt və ətraf hissəsinə sürtün. Bu zaman buzu burnunuzun aşağı hissəsinə qədər sürtün. Amma çalışın ki, dondurub soyuqlatmayın. Buzu hazırlayarkən cəfəri dəmləməsindən hazırlasanız prosedurun effekti daha yaxşı olar.
Gözaltı torbalardan xilas olmağın yollarından biri də massajdır. Massaj edilməzdən əvvəl gözlərin ətrafı soyuq su ilə yuyulur və qurulandıqdan sonra massaj edilir. Massaj edərkən gözlər yumulu olmalı və əllər dərini əzmədən incə bir şəkildə hərəkət etməlidir. Massaj zamanı həmin nahiyədə istilik meydana gəlir. Bu soyuq su ilə soyumuş göz altına qanın yaxşı işləməsini təmin edir və torbaların tədricən yox olmasına təbəb olur.
Aşağıdakı vasitə ilə də gözaltı torbalardan xilas olmaq mümkün olur:
* Orta və adsız barmaq gözlərin kənarlarına qoyulur (hər barmaq bir tərəfə).
* Orta barmaq qaşın üstünə qoyulur.
* Barmaqlarınızı yüngülcə basılır və 10 saniyə saxlanılır.
* Bu proses gündə 3 dəfə təkrar edilir.
Gözaltı torbalardan xilas olmağın yollarından biri də gözlərin altına xiyar, banan, əzilmiş kartof qoymadır. Bu zaman tərəvəzlər soyuq halda gözlərin altına qoyulur, 15 dəqiqə saxlandlqdan sonra isə götürülür.