Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 17:50
Müğənni Samirə Allahverdi Əməkdar artist Lalə Məmmədova ilə aralarında yaşanan inciklikdən danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi "MTV Azərbaycan"a açıqlamasında bu məsələni qabartmaq istəmədiyini söyləyib:
"İndi də susacam. Dost arası söz-söhbətsiz olmur. Amma qlobal bir problem deyildi. Elə olduğu yerdə qalsın. Həyatımda pərdəarxası nə baş verirsə, elə də qalır. Efirə çıxıramsa, ancaq mahnı oxuyacam, yalnız sənət haqda danışacam".
Samirə efirə az-az çıxmasının səbəbini də açıqlayıb:
"Müəyyən yaşa çatanda hiss edirsən ki, zamanla uyğunlaşmaq istəmirsən. Səhnədə elə şeylər olur ki, deyrisən mənlik deyil. Yavaş-yavaş çəkilirsən geri. Başqa biznes olmasa belə hiss edirəm ki, on il əvvəl necə işləyirdimsə, indi sənətə həmin gözlə baxmıram. Musiqiyə, sənətə əvvəl başqa cür baxılırdı, yanaşılırdı.
Verilişə çağırırlar, getmirəm. Anlata bilmirəm, sizin formatınıza, verilişinizə uyğun deyiləm. Nə mən özümü orada yaxşı hiss edəcəm, nə də mənə layiq olmayan söhbət ediləcək".
Qeyd edək ki, L.Məmmədova "ATV maqazin onlarla" verilişində Samirə ilə uzun müddət küsülü qaldıqlarını açıqlayıb.