Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 19:58
"Bu gün heç kim ölkəmizdə gələcəklə bağlı danışmır. Çünki hökumətimiz qanunsuzdur və Ermənistan müharibədə biabırçı məğlubiyyətdən sonra subyektliyini itirib".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Ermənistan parlamentinin keçmiş aparat rəhbəri Ara Saqatelyan deyib.
"Biz "ləyaqətlə" uduzmuş olsaydıq, xalq həmin dövrdə axmaq yerinə qoyulmasaydı, dəhşətli səhvlərə yol verilməsəydi belə, Baş nazir istefa verməli idi. Ölkə üçün belə daha yaxşı olardı. Dünya bizi heç cür başa düşə bilməz. Siyasi məsuliyyətin olmaması ucbatından biz hər gün dünya üçün papuaslı (Yeni Qvineyanın qədim əhalisi - red.) olmağa davam edirik. Uçuruma yuvarlanırıq. Kölgə ədaləti bu ölkədə heç vaxt belə bir vəziyyətdə olmamışdı. Bu gün uşaqlarımızın gələcəyini satırıq", - deyə Saqatelyan bildirib.
Həbsinə də toxunan Saqatelyan bunun siyasi sifariş olduğunu deyib:
"Ölkəmizin Baş naziri postunu tutan şəxsin qərar qəbul etmək mexanizmi yoxdur. Hər şeyi instinktiv danışır. Həbs edilməyimin səbəbi onun həmin ərəfədə çoxlu içməsi və pis əhvalda olması ola bilər. Ölkə də oxşar şəkildə idarə olunur. Ona görə də bu gündə yaşayırıq".
Saqatelyan ofisindən və mənzilindən götürülən kompüter və telefonların hələ də qaytarılmadığını bildirib.