Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəlib

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəlib

Tarix: 19 Mart 2021 15:44

Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milliləşən legioner buna təsəlliverici görüşdə qələbə qazanmaqla nail olub.

86 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz medal uğrunda qarşılaşmaya vəsiqəni Hovannes Mxitaryanla mübarizədə qazanıb. Güləşçimiz Ermənistandan olan rəqibini 8:5 hesabı ilə məğlub edib.

O, Boris Makoyevlə (Slovakiya) bürünc uğrunda qarşılaşmaya bu gün çıxacaq. Medallar uğrunda qarşılaşmalara Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu gün millimizin daha dörd güləşçisi mükafat uğrunda görüşə çıxacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ