Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2021 11:52
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,22% azalaraq 1 barelə görə 64,39 dollar təşkil edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,34% azalaraq 61,21 dollar (03.21.2021 tarixinə) təşkil edib.