Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-oftalmoloq: Gözlərin daim qidalanmağa və qulluğa ehtiyacı var

Həkim-oftalmoloq: Gözlərin daim qidalanmağa və qulluğa ehtiyacı var

Tarix: 22 Mart 2021 21:18

Göz ən mühüm və eyni zamanda ən incə duyğu orqanlarından biridir və insan həyatında çox mühüm rol oynayır. Göz vasitəsilə ətrafda cərəyan edən hadisələri görür. Rənglərin çalarlarını seçir, həyatın gözəlliklərini duyuruq. Ona görə də onların gigiyenasına düzgün əməl edilməlidir.

Sonxeber.net bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova AZƏRTAC-a deyib: "Ətraf mühitdən informasiyanın 90 faizi göz vasitəsilə alınır. Gözlərin hər birinin çəkisi 10-13 qram arasında olsa da, onun funksiyaları kifayət qədər çoxdur. Göz elə orqandır ki, onun daim qidalanmağa ehtiyacı var. İlk növbədə gün ərzində 1 saat təmiz havada gəzmək buynuz qişa, beyin və göz dibi üçün çox faydalıdır".

Kompüter qarşısında çox oturanlarda göz yorğunluğu daha çox müşahidə olunur. Bu zaman şüalar gözün nəmliyini qurudur və göynəmələr əmələ gəlir. Bunun üçün hər 45 dəqiqədən bir kompüterdən uzaqlaşıb 15 dəqiqə hava almaq lazımdır. Belə şəraitdə çalışanlar tez-tez apteklərdə satılan təbii göz yaşı damcılarından istifadə etməlidirlər.

Həkimlərin dediyinə görə, gözlərə ev şəraitində də qulluq etmək mümkündür. Dəmlənilib içilən çayla gözləri silmək olar. Çayın təbii olduğuna tam əmin olmadığımıza görə onu yaşıl çayla əvəz etmək daha məqsədəuyğundur. Ballı su ilə gözü silmək də faydalıdır.

Həkim-oftalmoloq deyib: "Ən ideal göz masajı hansısa əşyanı 30 santimetrlikdə tutub mümkün olduğu qədər yaxına və uzağa baxmaq lazımdır. Bunu etmək gözdaxili əzələləri yığır və boşaldır, fokusu yaxşılaşdırır. Normal halda bir göz dəqiqədə 16-18 dəfə qırpılmalıdır. Kompüter arxasında olanda ona o qədər aludə oluruq ki, gözü qırpmağı unuduruq və bu, dəqiqədə, məsələn 10 dəfəyə düşürsə, bu proses saatlarla, günlərlə davam edəndə quru göz sindromunun yaranmasına səbəb olur".


Etiketlər:  Həkim oftalmoloq Gözlərin daim qidalanmağa qulluğa ehtiyacı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ