Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən böyük rəsm əsəri neçəyə satıldı? - İki stadion boydadır

Dünyanın ən böyük rəsm əsəri neçəyə satıldı? - İki stadion boydadır

Tarix: 24 Mart 2021 12:00

Dubayda keçirilən auksionda dünyanın ən böyük rəsm əsəri satılıb.

Sonxeber.net ria-novosti-yə istinadən xəbər verir ki, əsər 62 mln.dollara satılıb. "The Journey of Humanity" adlanan əsərin müəllifi britaniyalı rəssam Saşa Cafridir.

İki futbol meydançası böyüklüyündə olan əsər üzərində rəssam Dubayın Atlantis otelində yeddi ay işləyib. Əvvəl nəzərdə tutulurdu ki, əsər 70 hissəyə bölünərək maksimum 30 mln. dollara satılsın. Lakin nəticə bundan iki dəfə yüksək olub. Cafri əldə olunan vəsaiti xeyriyyə məqsədləri üçün - YUNESKO, YUNİSEF və uşaqlar üçün nəzərdə tutulan digər layihələrə sərf edəcəyini vəd edib.

Kamran


Etiketlər:  Dünyanın böyük rəsm əsəri neçəyə satıldı İki stadion boydadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ