Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 25 Mart 2021 13:24
Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
 
                    
                                    
                         
        
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    