Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı - Tiqran Avinyan

Azərbaycanla Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı - Tiqran Avinyan

Tarix: 27 Mart 2021 17:10

Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

"Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır", - Avinyan "Azadlıq" radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.

"Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir", - Avinyan qeyd edib.


Etiketlər:  Azərbaycanla Ermənistan 1975 ilin sərhədlərinə qayıtdı Tiqran Avinyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ