Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

50 min insanın yaşadığı şəhər terrorçuların əlində: İnsanlar kütləvi şəkildə öldürülür

50 min insanın yaşadığı şəhər terrorçuların əlində: İnsanlar kütləvi şəkildə öldürülür

Tarix: 28 Mart 2021 09:16

Mozambikin Tanzaniya ilə sərhədində yerləşən Palma liman şəhəri radikal islam terror silahlı birləşmələrinin nəzarətinə keçib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hökumət qüvvələri geri çəkilməyə məcbur olub. 

Qeyd edək ki, Palma və onun ətraf ərazilərində 50 min insan yaşayır. Terrorçuların hücumu zamanı sakinlərin əksəriyyəti şəhəri tərk edərək Mozambik və Tanzaniyanın cənub istiqamətlərinə üz tutublar. 

Xatırladaq ki, Palma şəhərindən 10 kilometr məsafədə - Afrikanın cənubunda Fransanın "Total" enerji şirkəti regionun ən böyük təbii qaz emalı kompleksini inşa edir. 


Etiketlər:  insanın yaşadığı şəhər terrorçuların əlində İnsanlar kütləvi şəkildə öldürülür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ