Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpə uşağın yeməyi

Körpə uşağın yeməyi

Tarix: 30 Mart 2021 08:36

Südəmər uşağın yeməyi ən əvvəl çaydan başlayır, çünki körpə aclıqan çox susuzluğa dözə bilmir. Əslində susuzluğa heç kim dözə bilmir, amma körpələr susuzluqdan ölə bilirlər. Körpə uşağın tempraturu qalxdıqda və ya ishal, qusma baş verdikdə ona hər saatdan bir ilıq su və ya çay vermək lazımdır. Amma əgər ishal və ya qusma davam edərsə, onu mütləq həkimə aparmaq lazımdır.
Uşaqlara itburnu çayı, ya da açıq rəngli adi çay vermək olar. Körpə uşağa veriləcək itburnu çayını aşağıdakı qaydada hazırlamaq lazımdır:
Quru itburnu meyvələri yaxşıca yuyulur, 5 dəqiqə qaynadılır və ya termosa tökülüb üzərinə qaynar su əlavə edilir. 1 stəkan dəmləmə üçün 1-2 çay qaşığı quru itburnu meyvəsi və 1 stəkan qaynar su kifayətdir.
Südəmər uşağın əsas yeməyi ana südüdür. Ana südü tərkibincə inək, qoyun və keçi südündən fərqlənir. Ana südünün tərkibi inək və keçi südünə daha yaxındır. Yenidoğulmuş südəmər körpəyə inək südü verilən zaman ona bir az su qatmaqda fayda var. Çünki heyvan südünün tərkibində olan yağlar və başqa maddələr ana südünün tərkibindəkilərdən qat-qat artıq olur. Lakin döş südündə bəzi dəyərli maddələr vardır ki, onlardan inək südünün tərkibində yoxdur.
Ana südünün tərkibində bəzi qoruyucu maddələr vardır ki, bu maddələr uşağı bağırsaq infeksiyalarına qarşı qoruyur. Bu səbəbdən də ana südü ilə qidalanan uşaqlar, süni qidalarla böyüyən uşaqlardan daha sağlam olurlar. Uşaq əmizdirən zaman bəzi qaydalara əməl etmək lazımdır:
1. Uşağı zorla əmizdirmək olmaz, uşaq ac olduqda döşü özü acgözlüklə və həvəslə əmir.
2. Uşağa hər dəfə döşün birini vermək lazımdır. Bu digər döşün süd ilə dolmasına şərait yaradır.
3. Uşağı əmizdirən zaman rahat oturmaq lazımdır, beli bükülmüş halda oturmaq olmaz.
4. Körpəni ən az 3 ay təkcə ana südü ilə qidalandırmaq lazımdır.
5. 4-6 həftədən sonra həkimlə məsləhətləşib uşağa alma suyu vermək olar.
6. Körpə uşağa yeni meyvə və ya qida verməyə başladıqda onu əvvəlcə ana südünə bir-neçə damcı damdırmaqla vermək lazımdır.
Körpə uşağa 3 ayından etibarən bütöv bir alma vermək olar. Uşağa yeməyi əmzik taxılmış butulkadan yox, qaşıqla yedirmək daha yaxşı olar. Çünki əmziklə yeməyə öyrəşən körpələr əmziyə öyrəşir və döş götürmür.
Uşağı əvvəl 3 saatdan bir, çəkisi 4 kq-a çatdıqdan sonra isə 4 saatdan bir yedirmək lazımdır.
Uşaqlar 1-1,5 yaşına kimi mütləq ana südü əmməlidirlər. Çünki ana südü Allahın körpələrə verdiyi bir töhfədir.


Etiketlər:  Körpə uşağın yeməyi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ