Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmunitet və onun növləri

İmmunitet və onun növləri

Tarix: 1 Aprel 2021 08:54

İmmun reaksiyalar mühafizəedici və uyğunlaşdırıcı xarakterlidir. Bu reaksiyalar sayəsində orqanizm xarici mühitdən daxil olan antigenlərdən təmizlənir və onun daxili mühitin sabitliyi mühafizə edilir. Orqanizmin özünəməxsus olan zülal maddələrin dəyişikliyə uğraması nəticəsində yaranan yad cisimlər immun reaksiyaların köməyi ilə zərərsizləşdirir. Bundan əlavə orqanizmdə eyni növlü canlılardan ibarət olan zülal maddələrə qarşı immun reaksiyalar müşahidə edilir. Bir orqanizmdən digərinə qan, toxuma və orqanlar köçürüldükdə bu cür arzuolunmaz reaksiyaya daha çox rast gəlinir.
İmmunitetin əsas mexanizmlərindən biri orqanizmdə yoluxucu xəstəliklərin törədicilərinə əks-təsir göstərən anticisimciklər (immun cismlər) yaratmaqdan ibarətdir. Lakin bu anticismlər orqanizmdə yalnız qeyri-infeksion təbiətli yad cisimlərin təsiri ilə də əmələ gəlirlər. Onların fəaliyyəti nəticəsində orqanizmin daxili mühitinin sabitliyi təmin edilir. Bu xassələrinə əsasən immunitetə aşağıdakı tərif verilmişdir.
"İmmunitet orqanizmin infeksion və qeyri-infeksion təbiətli yad maddələrdən mühafizəetmə qabiliyyətidir"
İmmunitetin bir-neçə növü var:
* anadangəlmə immunitet
* nisbi immunitet
* qazanlma immunitet
* antimikrob immunitet
* antitoksik immunitet
* steril immunitet
* qeyri-steril immunitet.
Orqanizmdə immun reaksiyaların yaranma və inkişafı xüsusi hüceyrə və orqanlar sisteminin fəaliyyəti ilə əlaqədardır. Bu kompleks immun sistem adlanır.
İmmun reaksiyalar antigenin orqnizmə daxil olması ilə başlayır. Bu antigenin təkrar orqanizmə daxil olması ilə əlaqədar olaraq yenidən baş verə bilir. Buna təkrari immun reaksiyalar deyilir. Təkrari reaksiyalar zamanı, təkrar reaksiya əvvəlkindən ən azı 3 dəfə artıq olur.


Etiketlər:  İmmunitet onun növləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ