Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 08:06
Sağlam insanın eşitmə analizatoru tezliyi 16 Hs-dən az olan səs dalğalarına infrasəs, 20 kHs-dən və daha artıq tezliklə dalğalara isə ultrasəs deyilir.
Eşitmə analizatoruna təsir göstərən səs siqnallarını 2 qrupa bölmək olar:
- tonlar
- küylər.
Ton dedikdə tezliyi sabit olan və ya müxtəlif vaxtlarda eyni xarakterli dəyişikliklərə uğrayan səs dalğaları nəzərdə tutulur. Küy isə müxtəlif tonlu səslərin xaotik vədhətindən ibarətdir. Səs dalğaları getdiyi yerə enerji daşıyır. Səs enerjisinin ətraf mühitə və canlı orqanizmə göstərdiyi təsiri ifadə etmək üçün səs şiddəti və səs təzyiqi kimi fiziki kəmiyyətlərdən istifadə edilir.
Danışan adamın yaratdığı səs səviyyəsinin orta qiyməti 60 desibelə bərabərdir (qışqırıq zamanı 80 olur). Səs qıcıqlarının səviyyəsi 120 desibelə çatdıqda eşitmə orqanında ağrı hissi yaranır. 140 db və daha artıq qüvvətli səs isə orta və daxili qulaqda patoloji dəyişiklərin əmələ gəlməsinə səbəb olur. Çünki belə hallarda eşitmə sinirləri distrofiyaya uğrayır.
Küyün qulağa patoloji təsiri nisbətən az olur. İntensivliyi 100 orqanizmə təsir etdikdə db və daha yüksək olan küyün orqanizmə mənfi təsiri nəticəsində ali sinir fəaliyyəti pozula bilər. İntensivliyi çox zəif olan küylər orqanizmə uzun müddət təsir etdikdə aşağıdakı patologiyalar meydana çıxır:
- yorğunluq
- yaddaşın zəifləməsi
- diqqətsizlik
- əmək qabiliyyətinin azalması
- tac arteriyalarının tonusunun artması.