Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 19:48
Amerika alimləri havanın keyfiyyətini proqnozlaşdırmaq üçün süni intellektdən istifadə etməyə başlayıblar. Mənbələrin məlumatına əsasən, peyk və yerüstü stansiyalarla müqayisədə kompüterlər bu işin öhdəsindən daha yaxşı gəlir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər araşdırma çərçivəsində havanın keyfiyyətini ətraflı təhlil etmək məqsədi ilə kompüter modelləşdirməsindən istifadə ediblər.
"Havanın keyfiyyəti şəhər yerində insanların həyatına təsir edən əsas problemlərdən biridir. Lakin mövcud müşahidələr hərtərəfli məlumatın ədlə edilməsi üçün kifayət deyil" - Penn ştatında coğrafiya kafedrasının dosenti Manju Yuy deyib.