Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sağlam və parlaq saçlar üçün bunları edin

Sağlam və parlaq saçlar üçün bunları edin

Tarix: 11 Aprel 2021 12:51

Hər bir qadın sağlam və möhkəm saçlara sahib olmaq istəyir. Lakin bu bəzən gündəlik yaşayış şərtləri səbəbindən mümkün olmur. Gündə sadəcə bir neçə prosseduru həyata keçirməklə saçlarınızı daha sağlam və baxımlı edə bilərsiniz.

Milli.Az Axşam.az-a istinadən, həmin qaydaları təqdim edir:

1.Təbii qidaları balanslı şəkildə qəbul edin
Parlaq saçlar daxildən düzgün qidalanma ilə başlayır. Buna görə də balanslı qida qəbul etdiyinizə mütləq əmin olmalısınız. Orqanizimdəki zülal miqdarı saçlar üçün keratin funksiyasını daşıyır. Zülalla zəngin qidaların istehlak edilməsi bədəndə təbii keratin istehsalını artırır.

2. Saçlarınızı isti suda və tez-tez yumaqdan çəkinin

Saça faydalı bir çox müalicə üsullarından istifadə etsəniz də, onu tez-tez yumağın vurduğu ziyanı və yüksək temperaturun yaratdığı zərərlərdən qoruya bilməzsiniz. Buna görə də mütəxəssislər bu vərdişdən çəkinməyi tövsiyyə edir. Saçlarınızı çox isti su ilə yuymaq onu parlaq və ipək kimi edən təbii yağları qurudur, eyni zamanda saç tellərini qırıq və zədələnmiş hala gətirir.

3. Müəyyən saç maskalarından istifadə edin

Dərinizə qulluq etdiyiniz kimi saçlarınıza da qulluq edin. Nəm saçlar üçün vacib amildir. Onun itirilməməsi üçün  tez-tez maskalar edin. Maskadan sonra saçınızı həmişə soyuq su ilə yuyun, bu onun hamar və ipək olmasına kömək edəcək.

4. Saçlarınız təbii yağlarla möhkəmləndirin

Bir çox parıldadıcı serum və spreylər saçlarınız üçün zərərli olan spirt, paraben, sulfat və digər zərərli maddələrlə zəngindir. Bunun əvəzinə saçınızı bəsləyən arqan yağı kimi təbii vasitədən istifadə edin. Bu  saçlarınızın möhkəmləndirəcək və parıldadacaq. Lakin bunu qaydasında sitifadə etsəniz daha yaxşı olar. Xüsusilə saç diblərinə çəkmək məsləhətdir.

5.Şampun və saç kremini düzgün seçin

Cansız saçlarınızı yenidən möhkəm və parlaq etmək istəyirsinizsə, istifadə etdiyiniz şampunu və saç kremini düzgün seçməlisiniz. Aloe və ya keratin tərkibli məhsullar saçlar üçün daha faydalıdır.
Çünki saçın möhkəmliyini və uzanmasını təmin edir. Sağlam saçlar hər zaman daha parlaq görünür. Buna görə də düzgün və faydalı  məhsullardan istifadə edərək saç tellərinizə düzgün qulluq etdiyinizə əmin olun.

Milli.Az


Etiketlər:  Sağlam parlaq saçlar üçün bunları edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ