Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Ay missiyası üçün hibrid mühərrikin uğurlu sınağını keçirib

Türkiyə Ay missiyası üçün hibrid mühərrikin uğurlu sınağını keçirib

Tarix: 11 Aprel 2021 20:52

Türkiyə Ay missiyası üçün nəzərdə tutulan hibrid raket mühərrikini uğurla sınaqdan keçirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank deyib.

"Milli kosmos proqramı çərçivəsində Ay missiyasının birinci mərhələsi olan sərt eniş üçün hazırlıqlarımız davam edir. FireSonda (SORS) raketinin mühərrik qurğusu və RocketHibrit mühərrikinin testi uğurla nəticələnib", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli kosmik proqramın inkişafı planlarını ictimaiyyətə açıqlayıb. Bu proqram 2023-cü ildə Aya raket göndərilməsini nəzərdə tutur. Türkiyə liderinin sözlərinə görə, Ay səthinə sərt eniş cümhuriyyətin 100 illik yubileyində həyata keçməlidir.

Ay missiyası üçün hibrid raket Türkiyənin Delta V müəssisəsində işlənib hazırlanır.

Milli.Az


Etiketlər:  Türkiyə Ay missiyası üçün hibrid mühərrikin uğurlu sınağını keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ