Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 18:50
Ermənistanda İrəvan metrosunda rus dilində lövhələr götürülür, yalnız erməni və ingilis dillərində olanlar saxlanılır.
Sonxeber.net oxu-az-a istinadən xəbər verir ki, paytaxt metrosunda "Marşal Baqramyan", "Respublika Meydanı", "Zoravar Andranik" və "Şenqavit" stansiyalarında rus dilində işarələr artıq yığışdırılıb.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin indiyə qədər İrəvan metrosundakı rusdilli lövhələrin yığışdırılması ilə bağlı şərh verməkdən imtina edib. Onun sözlərinə görə, bu problemi ətraflı öyrənmək üçün vaxt lazımdır.