Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 09:55
Sonuncu dəfə "Yuvamdaki Düşman" serialında çəkilən aktrisa Aslı Tandoğan iki ildir karyerasından uzaqlaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ötən gün ticarət mərkəzlərindən birində görüntülənən aktrisa yeni layihəsi ilə ekranlara qayıdacağını bildirib:
"Yeni ekran işim "Prens" adlanır. Bu layihə Türkiyədə bir ilk olacaq. Çünki "Virtual production" adlı yeni texnologiya ilə çəkiləcək. Bundan dünya film sektorunda nadir hallarda istifadə edilir. Türkiyədə isə ilk dəfə biz istifadə edəcəyik".
Qeyd edəki ki, Aslı komediya janrlı yeni ekran əsərində həmkarları Ceyda Düvenci, Giray Altınok kimi aktyorlarla çəkiləcək.