Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 22:45
Öd kəskin iltihab və daşı olarsa, mütləq əməliyyatla götürülməlidir. Çox xəstələr artıq yararsız ödü ilə yaşamağa razıdır, nəinki onu kəsib götürmək. Amma bu çox təhlükəlidir və insana problemdən başqa heç nə vermir.
Hazırda öd kisəsi əməliyyat olunan minlərlə insan var. Öd əməliyyatından sonrakı dövr çox insanlara maraqlıdır. Nə etməli, ödsüz necə yaşamalı?
Sonxeber.net öd kisəsi götürülənlərə rahat yaşamaq üçün və ödsüzlüyə asanlıqla öyrəşmək üçün vacib qaydaları təqdim edir.
1.Əgər ös kisəsi yoxdursa, öd axarlarda toplanır və ordan 12 barmaq bağırsağa ötürülür. Bu da əməliyyatdan sonra kolik, sancı verə bilər. Çünki öd bu dar yolları genişləndirir.
Öd əməliyyatından sonra tez-tez, hər 3 saatdan bir nəsə yemək lazımdır. Belə etməsəz, Oddi sfinkteri sıradan çıxacaq. Bu öd yollarını sıxan hissədir. Yemək arasında uzun fasilələr, ac qalmaq, sfinkterin işini pozur. Bu zaman öd şirəsi birbaşa bağırsağa yığılıb, həzmi və nəcisi pozacaq, diareya yarana bilər. Ona görə ac qalmaq, gec yemək, oruc tutmaq ödü çıxarılanlara olmaz.
2.Həzmi ağır, uzun olan bərk bitki yağları, heyvani yağları, qızardılmış yeməkləri 80% azaldın. Çünki kisə olmadığından ödün yığılması üçün anbar yoxdur və o az hasil olacaq. Məhz öd yağ, piyi parçalayır, bərk yağı xırda damlalara çevirir.
Öd götürüldükdə mədəaltı vəzin hasil etdiyi fermentlər də azalır. Ona görə qəbul olunan iri piy, yağlar daha az qəbul olunmalıdır ki, orqanizm və qaraciyər piylənməsin, lipid mübadiləsi pozulmasın.
3.Şəkəri, şirniyyatı azaldın. Bu qidalar bağırsaqlarda patogen floranı artırır, burdan da disbakterioz yaranır.
Bu qaydalara əməl etmədikdə, öd kisəsi kəsilməsinə baxmayaraq yenə də daşlar yarana bilər.
Öd əməliyyatından sonra fiziki aktivliyi, gəzmək, üzgüçülüyü artırın. Eləcə də psixoloji baxımdan sakit və xeyirxah olun.
Çünki öd kin və nifrətə cavabdeh orqandır. O olmadıqda, sizin nifrət və narazılığınız toplanmağa orqan tapmayacaq və bütün bədənə yayılacaq. /medicina.az