Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 16:14
ABŞ-da müxtəlif ölkələrin banklarından 30 milyon dollarlıq oğurluq etmiş 3 şəxsə qarşı ittiham irəli sürülüb.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" ayzıb. Onlar "Hollivud üslubun"nda yüksək texnoloji avadanlıqlardan istifadə etməklə, həm də "çirkli pul" yuma ittihamı ilə həbs olunublar.
Prokurorlar 56 yaşlı Val Kuper, 52 yaşlı Aleks Levin ve 49 yaşlı Qarri Smitin 4 il ərzində yeddi ölkədə 20-dən çox bankı hədəf aldığını və daha sonra "qazancı" ABŞ-a gətirdiyini iddia edirlər.
Federal ittiham aktına görə, üçlük özünü qanuni müştəri kimi təqdim edib və "müəyyən ərazilərdə video müşahidə kameraları da daxil olmaqla, müəyyən təhlükəsizlik xüsusiyyətləri olmayan xarici banklarda" seyflər kirayələyiblər. Prokurorlar başqa müştərilərə məxsus bank seyflərinin fotoşəkil çəkmək üçün oğruların modern tibbi avadanlıqlarından istifadə etdiyini bildirib. İddialara görə, bu fotoşəkillər dublikat açar düzəltməyə və başqalarının seyflərini açmağa imkan verib.
Qrup valyuta, qızıl külçələr, zinət əşyaları və digər qiymətli əşyaları talan edib və ABŞ-dakı bank hesablarına yatırıb.