Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 21:06
Britaniya və İsveçrə alimləri koronavirusun həmin virusa yoluxmuş insanın beyninə necə təsir etdiyini aşkar edib. İnfeksiya neyronların ölümə səbəb olmur, yalnız nevroloji simptomlarla izah edilən iltihablı reaksiyalara səbəb olur. Tədqiqatçılar "S18-hACE2" transgen siçanların mərkəzi sinir sistemindəki SARS-KoV-2 koronavirusun təsirini araşdırıb.
Gəmiricilərin bir qrupuna az dozada koronavirus, digəri isə əvvəlcə A qripi virusu, daha üç gün sonra koronavirus yeridilib. Üçüncü qrup heyvanlar nəzarət üçün istifadə edilmişdir. Gəmiricilər SARS-KoV-2 virusunun yeridilməsinin üçüncü - yeddinci günündə evtanaziya edilib. Koronavirusun infeksiyanın yeddinci günü mərkəzi sinir sisteminə daxil olduğu və neyronlarda yayılması məlum olub. Virus əvvəlcə qoxu orqanına təsir edib, daha sonra beyin və onurğa beyni alt bölgələrinə nüfuz edib. İnfeksiya sinir hüceyrələrinin ölümünə səbəb olmayıb, amma orta dərəcədə iltihaba səbəb olan sinir sisteminin immunitet hüceyrələrinin - makrofaqların və T hüceyrələrinin aktivliyi artırıb.