Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 19:25
Rusiyada məşhurlaşan 27 yaşlı azərbaycanlı reper Jah Khalib (Bəxtiyar Məmmədov) Almatada valideynlərini ziyarət edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi ilk dəfə atası Hüseyn Məmmədovun görüntüsünü yayımlayıb.
"Müasir dövrün tempindən və işlərin çoxluğundan ən əsas insanlara - valideynlərimizə zaman ayıra bilmirik. Çox şadam ki, evimizə gələ və ailəmə baş çəkə bildim. Allah bizə valideynlərimizə layiqli övlad olmağı qismət etsin" deyə, musiqiçi paylaşımında yazıb.
Müsahibələrində dəfələrlə atasından danışan Jah Khalid bildirib ki, Azərbaycan musiqisinə olan sevgi ona atasından keçib. Reper atasının gözəl muğam oxuduğunu söyləyib.