Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2021 16:42
"Gündən-günə" verilişi "Bəxtiyar" filmində Saşa obrazını canlandıran aktrisa Tamara Çernovanın yeni görüntülərini nümayiş etdirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, hazırda 93 yaşı olan aktrisa Rusiyada yaşayır.
"Evin kirayəsini və dərmanlarımın pulunu ödəməkdə çətinlik çəkirəm. Əlil arabasındayam, həkimə getmək üçün taksiyə minməliyəm, pulum da olmur", - Tamara bildirib.
Aktrisanın bir qızı var. O, olan evini qızına bağışlayıb. Övladı isə ondan imtina edib. O, bunun səbəbi kimi anasının pis xasiyyəti olmasını göstərib.