Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlandı - VİDEO

“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlandı -  VİDEO

Tarix: 3 May 2021 11:14

Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Göyçə - itirilmiş Vətən" adlanan film "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söz açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.

Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır.

Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.

Milli.Az


Etiketlər:  Göyçə itirilmiş Vətən adlı sənədli film hazırlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ