Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişinin mədəsində qastrit, bakteriya varsa - Arvadı da müalicə olunmalıdır

Kişinin mədəsində qastrit, bakteriya varsa - Arvadı da müalicə olunmalıdır

Tarix: 3 May 2021 21:45

Son zamanlar gənc və orta yaşlı insanlarda daha geniş yayılmış mədə qastriti, xora, kron xəstəliyinin səbəbini alimlər Helikobakteri Pylori adlı bakteriyasına bağlayırlar. Mədəsində bu bakteriya olan insanlarda həzm problemləri olur.

Əslində, bu bakteriya bütün insanlarda var, sadəcə aktivləşməsinə zəmin yarandıqda mədə divarını zədələyir. Onu aktivləşdirən isə mədə turşuluğunun azalması, keçirilən xəstəliklər, immunitetin zəifləməsi, siqaret və s.-dir.

Sonxeber.net xəbər verir ki, həkimlər əgər ailə üzvünün birində bu bakteriya tapılıbsa, digər üzvlərinin də mədəsinin müalicəsi də vacib sayılır.

Çünki bu bakteriya məişət yolu ilə də insandan-insana keçə bilər.

Helikobakteri tüpürcək ilə keçə bilir. Ona görə evdə qaşıqla, qabla, tutaq ki, bir qaşıqdan, fincandan kişi, qadın istifadə etdikdə, ana bir qaşıq özü yemək yeyir, həmin qaşıqda uşağa yemək verirsə, bakteriya keçə bilir. Ona görə müayinəyə gələn ərdə helikobakteri çıxırsa, qadın da yoxlanmalıdır və ya əksinə qadında varsa kişi də müayinə olunmalıdır.

Helikobakteri 13 yaşından sonra uşaqlara daha tez keçir. Helikobakteri mədə, bağırsaqlarda xora, yara yaradır. Əgər mədənin selikli qişası atrofiya olursa, o sonradan metoplaziyaya, displaziyaya çevrilir. Artıq hüceyrələr dəyişir, pozulur və sonda bədxasəlli şişə çevrilir. Ona görə hüceyrə səviyyəsində pozulmaya çatmadan müalicəyə başlamaq lazımdır".

Klassik təbabətdə Helikobakteri əleyhinə terapiya antibiotiklərlə aparılır. Çox zaman antibioiklər də effekt vermir. Amma biotənzimləyici terapiyada immun sistemin özünün müdafiə gücü artırılır və immunitet özü öz mikrobunu məhv edir. Yaralar sağalır, hüceyrələr yenilənir. /medicina.az


Etiketlər:  Kişinin mədəsində qastrit bakteriya varsa Arvadı müalicə olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ