Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 11:40
Bakı milyonçusu Murtuza Muxtarovun sifarişi ilə 1913-cü ildə Şüvəlan qəsəbəsində tikilmiş tarixi bina baxımsız vəziyyətdədir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, sakinlər Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Dənizdöngəsi küçəsindəki yaşadıqları bu tarixi binanın baxımsızlığından narazıdırlar.
XX əsrin əvvəllərində inşa edilmiş və uzun illərdir diqqətdən kənar qalan ikimərtəbəli, 11 ailənin yaşadığı bina uçmaq təhlükəsi ilə üz-üzədir.
Qeyd edək ki, həmin bina Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qurumdan bildirildi ki, binanın restavrasiya edilməsi nəzərdə tutulmur. Yay aylarında həmin binanın sadəcə dam örtüyünün yenilənməsi planlaşdırılır. O da qeyd edildi ki, əsaslı təmir aparılması üçün binanın qəzalı olması ilə bağlı rəy verilməlidir.
Xəzər Rayon İcra Hakimiyyətindən isə deyildi ki, hələ 2020-ci ildə binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilməsi üçün Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun addım atılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: