Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AHİK daha 5000 aztəminatlı ailəyə ərzaq sovqatı göndərəcək

AHİK daha 5000 aztəminatlı ailəyə ərzaq sovqatı göndərəcək

Tarix: 4 May 2021 12:04

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri uğurla davam edir.

Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə dövlət qurumları ilə yanaşı, biznes strukturları, ictimai təşkilatlar mütəmadi olaraq aztəminatlı ailələrə ərzaq yardımları paylayırlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkənin ən böyük ictimai təsisatı olaraq bu prosesdə yaxından iştirak edir.

Qeyd edək ki, 2020-ci il aprelin 29-da və bu il martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası maddi və mənəvi yardım məqsədilə Respublikanın bütün şəhər və rayonlarında yaşayan 3 900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərib.

Görülən işlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ölkədə qayğıya ehtiyacı olan aztəminatlı ailələr üçün növbəti dəfə ərzaq sovqatının göndərilməsi ilə bağlı məsələyə baxılıb.

76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5 000 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınıb.

Milli.Az


Etiketlər:  AHİK daha 5000 aztəminatlı ailəyə ərzaq sovqatı göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ