Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ən nüfuzlu şirkətlərin siyahısı dərc edilib

Dünyada ən nüfuzlu şirkətlərin siyahısı dərc edilib

Tarix: 4 May 2021 21:40

"Time" jurnalı tərəfindən tərtib edilmiş dünyanın ən nüfuzlu şirkətlərinin reytinqinə 100 təşkilat daxil edilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, müəlliflər reytinqə gələcəyi müəyyənləşdirən şirkətləri əlavə ediblər. Reytinq bir neçə kateqoriyaya bölünüb. Məsələn, "Liderlər" adlı kateqoriyaya "Apple" və "Sony" kimi şirkətlər daxil edilib. Bundan başqa, bu kateqoriyada "Twitter" sosial şəbəkəsi, həmçinin "Pfizer", "BioNTech" və "Johnson & Johnson" əczaçılıq şirkətləri yer alıblar.

"İnnovatorlar" kateqoriyasına "Nintendo" oyun konsolları istehsalçısı, "Netflix" video xidməti, "Zoom" proqramı, populyar "Spotify" musiqi xidməti və "Epic Games" kompüter oyunları istehsalçısı daxil edilib. Bu kateqoriyada, həmçinin "Nvidia", "TikTok" və digərləri yer alıblar.

"Nəhənglər" kateqoriyasına "AliExpress" şirkəti, "Facebook" sosial şəbəkəsi, "Disney", "Google", "Microsoft", "Samsung", "Amazon" və digərləri daxil ediliblər.


Etiketlər:  Dünyada nüfuzlu şirkətlərin siyahısı dərc edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ