Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi ''İnstagram'' hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi ''İnstagram'' hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO

Tarix: 9 May 2021 10:09

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Sonxeber.net-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!"


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyeva rəsmi İnstagram hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ